воскресенье, 23 августа 2020 г.

ALLAHDAN DOĞULMA


ALLAHDAN DOĞULMA NECƏ OLUR
 1

Salam əziz həmyerlilərim. İsa Məsihin ismi ilə hamınızı salamlayıram! Bu videoda mən Sizlərə Allahdan doğulma haqqında bəhs etmək istəyirəm. Allahdan doğulmanın necə olduğunu bilmək üçün ilk növbədə biz Allahın kimliyi, Onun görünüşü haqqında düşünməliyik. Yəqin ki, bir çox insanlar bu haqda belə heç düşünmürlər. Onlar düşünürlər ki, Allahı heç kim görməyib. Amma deyilənə görə müqəddəs yazılarda bəzi peyğəmbərlər Allahı görüblər. Misalçün Musa peyğəmbər Allahı görüb və Allah Ona bildirib ki – Mən yandırıb yaxan alovam. Rəbb dağda İsrail övladlarına görünən zaman da alov formasında olub. Yezekel peyğəmbər də Allahı insan bənzərində amma görünüşünün alov formasında olduğunu görmüşdü. İsa Məsih də Allahın Ruh olduğunu söyləyirdi. Fikizi aləm ruhani aləmin bənzərində yaradıldığı üçün Allahla ən gözəl müqayisə günəşdir.Günəşi doğurdanda Allah öz bənzərində yaradıb. Günəşə baxdıqda görəcəysiz ki, sanki yanan bir yağdir, yağdan olan bir dənizdir, yanır. Allah da belədir. Öz-özünə yanan həyata malikdir. Bes Allahdan doğulma nece olur? İlk növbədə insan İncil kitabında yazılanları oxuyub, qəlbində heç bir şübhə etmədən iman edib, İsa Məsihin təlimini qəbul edirsə, həmin andan etibarən O Allahdan doğulur və Allahın ruhunu daxilində hiss etməyə başlayır. Allah da iman edən Həmin şəxsin kiçik bir qüvvə ilə daxilinə yerləşir. Ümumiyyətlə, ruh haqqında anlayışı olmayan bir insan üçün bütün bu deyilənləri dərk etmək bəlkə də çətin olar. Amma bir çox misallarla Sizə müəyyən şeyləri izah etməyə çalışacam. Sizlərə ruh, İnsanın ruhu görməyib amma hiss etməsi haqqında danışacağam. İlk növbədə insan Allahdan doğulan zaman öz daxilində Allahın sevgisini hiss edir. Daxilindən elektrik cərəyanına bənzər bir istilik keçir. Bir çox insanlar İncil kitabında yazılanlara iman etmir. Amma iman edib, Allahın ruhunun sevgisini dərk edən insan həmin andaca bütün şübhələri dağıtmış olur. Çünki yer üzərində Allahın sevgisindən böyük heç bir sey yoxdur. Misalçün əgər insana həmin andaca deyilsə ki, bütün dünya sənindir və Sən dünyanın padşahısan. İnsan bir o qədər də sevinməz, yəni yer üzündə Allahın sevgisi ilə müqayisə oluna biləcək hec bir sey yoxdur. İnsan daxilən Allahın ruhundan doğulduqdan sonra Onun sevgisini hiss edir. Tədricən dua etdikdən sonra isə bu ruh böyüməyə, qüvvətlənməyə başlayır. Ümumiyyətlə, insan daxilində ruhun qüvvəsinin gücü qığılcım və ya ondan milyon dəfələrlə qat-qat güclü də ola bilər. Bir çox ruhani qidalar mövcuddur.Dua edərkən Allah öz övladlarını qidalandırır. İncil kitabında qeyd olunub ki, Allahdan doğulan- yeni məxluqdur. İnsanların bir çoxu Allahdan doğulmanı tam dərk edə bilmir. Doğulma zamanı insan qəlbində kin, nifrət inciklik varsa həmin andaca Rəbb Onun qəlbinə şəfa verir. İnsanla Allahın ruhu bir-birinə qarışır, Allahda yeni məxluq yaranır. Amma insan dua etmedikdə, kəlam oxumadığı təqdirdə, təbliğ etməyəndə ruhən böyümür, inkişaf etmir. Amma insanın tam xoşbəxtliyi, sevinc və sülh içində yaşaması, Allaha bağlı olması, günaha nifrət etməsi, bir sözlə dünyavilikdən tam çıxması, İsa Məsihə bənzəməsi üçün İnsan ruhən böyüməlidir.

Ruhən böyümə insanın daha çox dua etməsi zamanı baş verir. Çünki ruh məhz dua edərkən dolur, böyüyür. Bu proses həmçinin Rəbbə ilahilər oxuyarkən, xristian filmlərini seyr edərkən də baş verir. Amma biz bu duaları davamlı olaraq etməliyik. Əks təqdirdə ruhumuz zəifləməyə başlayır. Çünki Allahın ruhu elektrik cərəyanına bənzər bir qüvvədir. Misalçün telefonun enerjisi bitdikdə biz onu yenidən dolmağa qoyduğumuz kimi, zəifləmiş ruhumuzu da Rəblə olan ünsiyyətlə, dua ile doldurmalıyıq. Biz dua etməyəndə Rəbb də yavaş-yavaş bizdən uzaqlaşır. Çünki, Allaha dua etməmək, Onunla ünsiyyətdə olmamağın özü böyük bir günahdır. Ümumiyyətlə Allahın varlığına iman edən şəxs hər zaman Allahla ünsiyyətə can atmalıdır. Ruhun qüvvətlənməsi üçün daimi dua etməli, oruc tutmalıdır. Ümumiyyətlə, Allah hər şeydir. Əvvəli və sonu olmayan bir ruhdur. Hər yerdə mövcuddur. Dua vaxtı Allah Ona dua edən hər kəsə öz sevgisini hiss etdirir. Ruh haqqında anlayışı olmayan bir çox insanlara Allahın ruhu ilə havanı müqayisə etdikdə onu qeyd etmək olar ki, Allah havanı öz ruhuna bənzər yaradıb. Ümumiyyətlə, hava hər yerdə mövcuddur. Heç bir canlını havasız təsəvvür etmək mümkün deyil. Allahın ruhu da hər yerdə hökm sürür. Biz dua edən zaman Allahın müqəddəs ruhu hava kimi insanın varlığına daxil olur, onu qidalandırır, sevgisi ilə doldurur. Meh kimi insanın üzərinə əsir. Qasırğa, külək, tufan kimi hava ünsürləri də Allahın ruhuna bənzərdir. İnsan Allahın müqəddəs ruhu ilə dolan zaman Onun inanılmaz sevgisini hiss edir. Rəbb onun daxili aləminə, qəlbinə şəfa verir. Bir çox xəstəliklərdən azad edir.İnsanlar daha çox günah etdiyi təqdirdə xəstəliyə düçar olurlar, ömürləri qısalır, dünyadan tez köçürlər. İnanın ki, insan günah etməsə,saleh ömür sürsə Rəbdə tezliklə şəfa tapar və daha uzunömürlü olar. Rəbbə dua edərkən insan artıq Allahın sevgisini böyük bir qüvvə ilə hiss etməyə başlayır. Əvvəllər kiçik qüvvə ilə gələn bu sevgi sonradan böyüməyə başlayır və suya çevrilir. Cənnətdə ümumilikdə hava mövcud deyil. Oranın havası elə müqəddəs ruhun özüdür. İncildə yazılmış Yəhya 3:1-9nəzər salaq: Fariseylər arasında Nikodim adlı bir Yəhudi rəhbəri var idi.2O, gecə ikən İsanın yanına gəlib dedi: «Rabbi, bilirik ki, Sən Allahın yanından gələn bir müəllimsən. Çünki Allah ona yar olmasa, heç kəs Sənin göstərdiyin əlamətləri edə bilməz».3İsa ona cavab verdi: «Doğrusunu, doğrusunu sənə deyirəm: bir kəs yenidən doğulmasa, Allahın Padşahlığını görə bilməz».4Nikodim Ondan soruşdu: «Yaşa dolmuş bir adam necə yenidən doğula bilər? O, ikinci dəfə anasının bətninə girib doğula bilərmi?»5İsa cavab verdi: «Doğrusunu, doğrusunu sənə deyirəm: bir kəs sudan və Ruhdan doğulmasa, Allahın Padşahlığına daxil ola bilməz.6Bəşərdən doğulan bəşərdir, Ruhdan doğulan ruhdur.7Sənə “yenidən doğulmalısınız” dediyimə heyrət etmə.8Yel istədiyi yerdə əsir, onun səsini eşidirsən, amma haradan gəlib haraya getdiyini bilmirsən. Ruhdan doğulmuş adam da belədir».

İsa Məsihsiz heç kim Allahın səsini nə eşidə bilər, nə də Onu görə bilər. Peyğəmbərlərin davamçıları məsihçilərdi. İsa Məsihin adlarından biri də barışdırıcı idi. Yəni Məsih Allahla insanları barışdıran bir vasitəçi idi. Onsuz heç kim Allaha yaxınlaşa bilməz. Allah insana öz sevgisini böyük bir qüvvə ilə hiss etdirdikdən sonra bu sevgi suya çevrilməyə başlayır. Bu zaman insan əsl cənnət həzzini yaşamış olur. Allahdan başqa heç kim insana bu sevgini, həzzi hiss etdirə bilməz. Hər bir insanda Allahın həyat verən ruhu var. Amma müqəddəs ruh başqa bir ruhdur. Məhz bu ruh vastəsilə Allahı hiss etmək, səsini eşitmək, Onunla ünsiyyətdə olmaq, iradəsini yerinə yetirmək, Onun sevgisini hiss etmək mümkün olur. Bir sözlə məhz bu müqəddəs ruh vastəsilə insan Allaha daha çox bağlanmış olur. Havaya bənzəyən Allahın müqəddəs ruhunu sonradan su kimi içməyə başlayırsan. İncildə Yəhya 4:13,14 Rəbb həyat verən sudan danışır. İsa ona cavab verdi: «Bu sudan içən hər kəs yenə susayar,14amma Mənim ona verəcəyim sudan kim içsə, heç vaxt susamaz. Lakin ona verəcəyim su onun daxilində əbədi həyat verən bir su qaynağına çevriləcək» Rəbb bu ayədə su dedikdə öz müqəddəs ruhunu nəzərdə tuturdu. Allahın ruhunun özü sudur. Və Allahın ruhundan doğulan Məsihçi bu həyat suyundan içdiyi zaman, öldükdən sonra belə cismən çürüsə də, ruhən diri qalır. Cənnətə getmiş olur. Müqəddəs yazılara görə Allahdan doğulmayan Səmavi Səltənətə Allahın Padşahlığına (Cənnətə) əsla girə bilməyəcək. Sudan sonra insan Allahın ruhunu başqa bir qida kimi, süd kimi içməyə başlayır. Müqəddəs yazılarda da bu yazı öz təsdiqini tapmışdı. Belə ki, Rəbb öz xalqını Misir torpağından çıxararkən, Onları bal və Süd axan torpağa aparmağı vəd etmişdi. Bu ayələrin hər birinin ruhani bir mənası var. İsrail övladları Məsihçilərin surəti idi. Süd və bal isə Allahın Ruhudur. Biz isə bu dünyada Rəblə ünsiyyətdə olarkən Onun bal və südə bənzər Müqəddəs ruhunu içmiş oluruq. Ümumiyyətlə, bir çox dinlərdə də deyilir ki, Cənnətdə Rəblə olan insanlar bal içəcəklər. Süddən çaylar, dağlardan şərab axacaq. Biz Məsihçilər Rəbbin Ruhunu belə hiss edirik.


2
Bir çox fiziki qidalar var ki, Allah onları öz ruhunun bənzərində yaradıb. Misalçün su, süd, bal kimi qidaların hamısı birbaşa Allahdan gəlir. Bu qidaların hamısı Allahın ruhuna bənzəyir.İsrail övladları səhrada olarkən Allah onlara yeməyə 40 il manna vermişdi. Manna ballı yuxa kimi dad verir. Eynən Allahın ruhu da bu dadı verir. İnsan ilk dəfə müqəddəs ruhla dolarkən qəlbi inanılmaz sevinc hisləri ilə dolur. Allahın ruhunu bal və süd kimi içməyə başlayır.Bu ruhla dolarkən İnsan həmçinin yer üzünü də başqa cür görür. Müqəddəs kitabda yazılıb ki, keçmişdə İsrail övladları məsh olunanda başlarına yağ tökürdülər. Bu yağa məsh yağı deyirdilər. Hətda zeytun yağı da Allahın ruhuna bənzər yaradılıb. Allah bir alovdur. Günəşə baxdıqda Allahın ona daha çox bənzədiyini görmək olar.Ruhla dolduqda insan dünyanı qızılı rəng çalarında, parlaq formada görmüş olur. Bu elə bir ilahi hisdir ki, heç bir sevinclə müqayisə oluna bilməz. Bala, südə döndükdən sonra Allahın ruhu şəraba dönür. Bəzi insanlara bunu izah etdikdə Onlar bu şərabın kefləndirici, insana başağrı gətirici bir içki olduğunu düşünürlər. Amma Allahın ruhuna bənzəyən bu şərabı içdikdə insan heç bir günah edə bilməz, əksinə Allaha daha çox bağlanır, salehliyi sevir. Daim bütün gücü ilə günahdan qaçmağa çalışır. Çünki bu cənnət şərabıdır- Allahın ruhudur. Bir çox dinlərdə də təsdiqlənib ki, insanlar cənnətdə olarkən şərab içəcəklər. Allahın ruhuna malik olmayan heç bir insan Allahı sevə bilməz. Çünki Onun Allahla heç bir əlaqəsi yoxdur. Bunu xətti kəsilmiş bir telefon aparatına da bənzətmək olar. Allahsız insan bir növ xətti kəsilmiş telefona bənzəyir. Amma Allahdan doğulan şəxs (Məsihçi) Allahdan gələn ruhani kanalları, qidaları, müqəddəs ruhu qəbul edir. Daim sevgi ilə dolu olur, bütün insanları sevir. Ümumiyyətlə həqiqi məsihçilər saatlarla bir-biriləri üçün dua edir, bir-birinə ruhani dəstək olurlar. Bir çox məsihçi bacı-qardaşlara Allah tərəfindən belə bir açıqlama olub ki, böyük bir insan kütləsi içərisindən 1 nəfər Cənnətə gedirsə, 1000 nəfər şəxs həlaka yəni cəhənnəma düçar olur. Əfsuslar olsun ki, yer üzərində yaşayan bir çox insanlar həqiqi Allahı tanımadan həlaka uğrayırlar. Bu doğurdanda çox acınacaqlı bir vəziyyətdir. Ümumiyyətlə insanın Allahdan doğulması çox önəmlidir. Bir çox insanlar düşünə bilər ki, Allahı tanımırlarsa Onların nə günahı Ola bilər? Əslində Allahı tanımamağın özü elə bir böyük bir günahdır. Müqəddəs yazılarda Allah deyir ki, məni axtaran tapacaq. Bunu İncil Matta 7:8 Çünki hər diləyən alar, axtaran tapar, qapı döyənə açılar. Aydın görürük. Yer kürəsi şeytanın əsarəti altındadır. İnsan Rəbbin müqəddəs Ruhunu şərab kimi içdiyi andan etibarən ətrafında olan hər yeri qızılı rəngdə, parlaq formada görmüş olur. Qəlbində inanılmaz sevinc hissləri yaranmağa başlayır. Əziz Azərbaycan xalqı ! Biz məsihçilər sizləri çox sevirik. İnan ki, hər birinizin xilasını arzulayırıq və buna görə də Sizlərçün böyük səylə, iman hissi ilə dua edirik, oruc tuturuq ki, Sizlər Allahdan doğulasınız. Bəziləri İncil kitabında yazılanların təhrif olunmuş formada olduğunu söyləyirlər. Amma inanın ki, bu yanlış düşüncədi. Əgər belə olsaydı biz Allahdan doğula bilməzdik. Bəzi insanlara Müqəddəs Ruhun sevgisi haqqında danışarkən Onlar bu Ruhun həqiqətən də Allaha məxsusluğuna əmin olmaları üçün sübut istəyirlər. Əziz Dostlar, bir özünüz düşünün. Bizə su, süd, bal kimi ruhani qidaları verən Allah deyilsə, bəs kimdir o zaman? Təbii ki, bir çox insanlara bu deyilənləri anlamaq bəlkə də cox çətindir. Ümumiyyətlə, müsəlmanların ruh haqqında heç bir anlayışları yoxdur. Hz Məhəmməd peyğəmbərin de ruhdan hec bir məlumatı olmayıb. Bu Quranın bir surəsində yazılmış “ Sənə ruh haqqında heç bir elm verilməyib” sözləri də öz əksini tapır. Ona görə də adi bir müsəlman üçün ruhu anlamaq çox çətindir.

Allahın Müqəddəs Ruhunun insana yaşatdığı sevinc hissleri zina, narkotik, içki içmək və s kimi pis günahlar etməkdən zövq alan insanların yaşadığı ani həzz hislərindən belə qat-qat güclüdür. Ümumiyyətlə insan Allahın ruhunu qəbul etdikdən sonra tamamilə dünyavilikdən uzaqlaşır. Bir çox həqiqi məsihçilər hətda Tv belə seyr etmirlər. Çünki, şər ruhlar hər vasitə ilə məsihçini günaha sövq etməyə çalışırlar. İsa Məsih yer üzünə İnsan surətində gəlmişdi. İncildə Yəhyanın müjdəsində Rəbb deyirdi- Kim dünyanı və dünyada olanları sevirsə Onun qəlbində Allah sevgisi yoxdur. Tv, internet, filmlər, musiqi və s kimi dünyavi əyləncələr insanları Allahdan uzaqlaşdırır. Nəticədə insanlar günah edib, əbədi ölümə məhkum olurlar. Bu da seytanın başlıca məqsədidir. Allah ümumilikdə istəyir ki, biz insanlar hər birimiz Onu axtaraq, Onu düşünək, Onu sevək. Düzdür, bir çoxları dildə danışarkən Allahı sevdiyini söyləyir. Amma Allahı sevməyin nə demək olduğunu tam dərk etmirlər. Allahı sevmək- İnsanın bütünlüklə dünyavilikdən ayrılıb, Ona bağlanması demədir. Fiziki aləm ruhani aləmin bənzərində yaradılıb. Yer üzərində Allah tərəfindən yaradılan ot, çöp, daş, dəniz və s hər bir yaradılışın ruhani bir mənası var. Allah istəyir ki, biz bu seylər haqqinda düşünək, Onu axtaraq, salehliyi sevək. O həmçinin istəyir ki, biz insanlara xilas haqqında təbliğ edək. Bəzi imanlı baci və qardaşların görüntülərinə əsasən hər 1000 nəfərdən yalnız 1 nəfəri cənnətə gedir. İnternetde apardığım və əldə etdiyim bəzi nəticələrə əsasən dünyada ildə 150 milyon insan anadan olur, 60 milyon isə ölür. 60 milyondan da 60 mini cənnətə, teqribən 60  milyon insan ise cəhənnəmə gedir. Dostlar məncə yer üzündə bundan böyük kədər, fəlakət ola bilməz. Bəzi insanlara bu nəticələri dedikdə inanmaq istemirlər. Müqəddəs yazıda yazılanların hamısı gerçəkdir. Dünyanı həqiqətən də Iblis idarə edir. Yer üzündə yaşayan insanların 90% şərə itaət edir.Kəlama əsasən insanla Allahın münasibəti küsülü vəziyyətdədir. Rəbbə ibadət edən yalnız həqiqi Məsihçilərdi. Digər dinlərdə olan insanlar isə Allahı tanımırlar, Onlar Allaha malik deyillər. Başqa təlimlərdə Allahdan doğulmanın yanlış bir fikir olduğu söylənilsə də, bu həqiqətən də belədir, biz Allahdan doğulmuşuq. Rəbbin bizə verdiyi ruhani qidaları ( su, süd, bal və s ) Müqəddəs Ruh vastəsilə qəbul edirik. Həyatımızda baş verən bir çox faciələrin, xəstəliklərin, vaxtsız ölümlərin səbəbkarı məhz şər ruhlardı. Dostlar, size bu dediklərimə şübhə ilə yanaşmayın. Əgər Siz İncili oxusanız, cüzi də olsa Rəbbin sevgisini hiss etsəniz, elə o andaca qəlbinizdəki bütün şübhələr dağılmış olacaq. O kitabda yazılanların hamısı həqiqətdir. Şər ruhlar qətiyyən istəmir ki, insanlar həqiqəti bilsin, İncildə yazılanlardan, Allahın sevgisindən xəbərdar olsunlar. İnsanlar xilas olub, cənnətə getsin. Allahdan doğulma realdır. Allahın ruhən doğması dedikdə, bu proses adi bir qadının doğması kimi baş vermir. Allah ruhdur, bədən deyil. Ona görə də O ruhən doğur. Misalçün, şamı götürüb, yanan ocaqdan yandırdığımız kimi, ( yəni burda yanan alov ocaqdan doğulur ) gün işığı günəşdən doğulduğu kimi. Allahdan doğulma odur ki, Allahın alov verən ruhu kiçik bir qüvvə ilə insanın daxilində yaşayır.Ümumilikdə İnsanın həm özünün, həm də Allahın ruhunun bir birinə qarışması Allahdan doğulmadır. Cox zaman insanın qəmli kədərli anlarında Ona ən böyük təsəlli olan, sevgisini hiss etdirən məhz Allahın özü olur. Onun sevgisi həqiqətən də çox böyük və ağılasığmazdır. İsa Məsih yer üzərində yaşayan bütün insanlar üçün qurban gedib, 3 gün sonra isə dirilib.Onun qanına iman etmək çox vacibdir. Əziz Dostlar, İsa Məsihə iman etmədən cənnətə getmək mümkün deyil. İman edin xilas olun. Luka 4:14 İsa Ruhun qüdrəti ilə Qalileyaya qayıtdı. Onun haqqında xəbər bütün bölgəyə yayıldı.18 «Rəbbin Ruhu üzərimdədir, Çünki fəqirlərə Müjdəni bildirmək üçün O Məni məsh etdi. Əsirlərə azadlıq, Korlara gözlərinin açılmasını elan etmək üçün, Məzlumları sərbəstliyə buraxmaq üçün,19 Rəbbin lütf ilini bəyan etmək üçün Məni göndərdi» Luka 11:13 Beləliklə, siz pis olduğunuz halda öz övladlarınıza yaxşı hədiyyələr verməyi bilirsinizsə, göydə olan Atanın Ondan diləyənlərə Müqəddəs Ruhu verəcəyi nə qədər yəqindir!» Vəhy 21:5 Taxtda Oturan dedi: «Budur, Mən hər şeyi yenidən qururam». Yenə dedi: «Yaz, çünki bu sözlər etibarlı və həqiqidir».6 O mənə dedi: «Tamam oldu! Alfa və Omeqa, Başlanğıc və Axır Mənəm. Mən susayana həyat suyunun qaynağından müftə su verəcəyəm.7 Qalib gələn bunları irs alacaq; “Mən ona Allah, o isə Mənə oğul olacaq” Yəhya Bayramın sonuncu, təntənəli günündə İsa qalxıb nida edərək dedi: «Kim susayıbsa, yanıma gəlib içsin.38 Müqəddəs Yazılarda deyildiyi kimi, Mənə iman edənin daxilindən həyat suyu axan çaylar çıxacaq».39 Bunu Ona iman edənlərin alacaqları Ruh barədə söylədi

Bilirsiz Dostlar, bizdə Allahın ruhu yanmalıdır. Əgər insan kilsəyə gedib şam yandırırsa, amma daxilində Allahın ruhu sönübsə, bunun hec bir mənası yoxdur. Yanan şama nəzər saldıqda onun yumşaq bir yağ kimi yandığını görmüş olarıq. İnsan da dua etdiyi zaman müqəddəs ruhla dolarkən, xüsusən də əlini qaldırıb, barmaqlarını açan zaman dua edəndə, Onun ruhu şam kimi yanmağa başlayır. Diqqətlə baxsanız yanan şamın özünün həm Allaha, qismən də məsihçiyə bənzəmiş olduğunu görmüş olacaqsız. Müqəddəs yazılarda da Allahı yanan Alova bənzədirdilər.Bunu zəburda yazılan bir çox ayələrdə də görmək mümkündür. Misalçün Ya Rəbb üzünün Nuru üstümüzə saçılsın. İsa Məsih yəni Allah dağda özünü sagirdlərə göstərən zaman da üzü günəş kimi parlayırdı. Biz şama da nəzər salmış olsaq şamın da başının yanaraq aşağıya doğru axdığını görmüş olarıq. Yezekel peyğəmbər də Allahı bele bir görünüşdə görmüşdü. Başından üzüaşağı alovun axdığı bir formada. Allahdan doğulan biz məsihçilər də beləyik.Dua zamanı barmağımızla bir də ağzımızla müqəddəs ruhla doluruq və alov bizi bürüyərək aşağıya doğru axmağa başlayır. Nəticədə insan özünü yanan bir şam kimi hiss etməyə başlayır. Məhz buna görə də İncildə şam sözü yazılan ayələrdə xristian kilsələri bir də məsihçilər nəzərdə tutulur. Şam məsihçilər deməkdir. Əzizlərim, biz şam kimi yanarkən üzümüz Rəbbin siması kimi nur saçmağa başlayır. Axı biz Allahdan doğulmuşuq. Allah bizi öz bənzərində yaradıb. Həvarilər də İsanı görəndə Onun siması günəşdən də milyon dəfə parlaq olan bir nur tək işıq saçırdı. Bir dəfə imanlı bir qardaş digər bir qardaşı görən zaman Onun simasının da milyardlarla lampanın işığı yanan zaman yaranan nuru görmüşdü. Son dövrlərdə İsa Məsih daha çox müsəlmanlara müxtəlif görüntülərlə görünür. Allah istəyir ki çox insan xilas olsun. Həm də son dövr artıq yavaş-yavaş yaxınlaşmağa başlayır. Müqəddəs kitabda yazılıb ki, İncil bütün dünyada təbliğ olunduqdan sonra dünyanın sonu baş verəcək. Dünyada ən çox çap olunan kitab məhz elə İncildir. İncil dünyada bir çox dillərə tərcümə olunub. Dostlar, yanan çırağın özü də Məsihçilər deməkdir.Məsihçiləri çıraqla da müqayisə etmək olar.Çıraq da yanan zaman başdan yanaraq aşağıya doğru axır. Allah insana müqəddəs ruhu istifadə emək, şərə qarşı döyüşmək üçün verib. Allahın özü bəzən bu şər ruhlara izn verir ki, biz Rəbbin müqəddəs ruhu ilə dolaq və Isa Məsihin adını çəkməklə, daxilimizdəki alov bizi iblisin hücumlarından qorusun. Rəbbin müqəddəs ruhu ilə dolan İnsan çox zaman özünün ocağın içində yandığını hiss edir. Bu hissləri yaşamaq insana çox gözəl bir həzz yaşadır. Doğurdanda Rəbbimiz hər şeyə qadirdi. Onun alovu şəri yandırsa da, bizə həzz yaşadır. Çox zaman insan incildəki ruha toxunan ayələri düşünərkən, Onun daxilində Allahın ruhu alovlanmağa başlayır. Eslində alov da Allahın bənzərindədir. İlcildə tez-tez rast gəlinən “ ev” kəlməsi insan bədəni deməkdir. İnsan bədəni də -Allahın məbədidir. Allah hər şeydir və hər yerdə mövcuddur. Biz Müqəddəs Ruhla dolub, Rəbbin hüzurunda olarkən, dua zamanı əlimizin içində ətirli tüstüyə bənzər bir buxarın göyə ( Allahın hüzuruna) doğru qalxdığını görə bilərik. Bunu bir növ kənd evlərində bacadan qalxan tüstüyə də bənzətmək olar. Biz çox zaman düşünə bilərik ki, Allah saleh insanın duasını niyə qəbul etməsin ki? Düzdür Allah hər şeyi görür və eşidir. Amma saleh insanın duası müqəddəs ruh vastəsilə buxar halında Allahın hüzuruna çatmalıdır. Bu görüntünü hətda imanlı bacı-qardaşlarımızdan görənlər belə olub. Allah gözlə görünməyən bir ruhdur. Rəbb elektrik cərəyanını da öz ruhunun bənzərində yaradıb. İsa Məsih də gözə görünməyən Allahın surətidir. Necə ki, biz elektrik cərəyanını görmürük, amma lampadakı yanan nuru isə görürük. Eziz Bacı və Qardaşlarım qoy Rəbbimiz İsa Məsih hər birinizə yar olsun! Amin

3
Bilirsiz Dostlar, bizdə Allahın ruhu yanmalıdır. Əgər insan kilsəyə gedib şam yandırırsa, amma daxilində Allahın ruhu sönübsə, bunun hec bir mənası yoxdur. Yanan şama nəzər saldıqda onun yumşaq bir yağ kimi yandığını görmüş olarıq. İnsan da dua etdiyi zaman müqəddəs ruhla dolarkən, xüsusən də əlini qaldırıb, barmaqlarını açan zaman dua edəndə, Onun ruhu şam kimi yanmağa başlayır. Diqqətlə baxsanız yanan şamın özünün həm Allaha, qismən də məsihçiyə bənzəmiş olduğunu görmüş olacaqsız. Müqəddəs yazılarda da Allahı yanan Alova bənzədirdilər.Bunu zəburda yazılan bir çox ayələrdə də görmək mümkündür. Misalçün Ya Rəbb üzünün Nuru üstümüzə saçılsın. İsa Məsih yəni Allah dağda özünü sagirdlərə göstərən zaman da üzü günəş kimi parlayırdı. Biz şama da nəzər salmış olsaq şamın da başının yanaraq aşağıya doğru axdığını görmüş olarıq. Yezekel peyğəmbər də Allahı bele bir görünüşdə görmüşdü. Başından üzüaşağı alovun axdığı bir formada. Allahdan doğulan biz məsihçilər də beləyik.Dua zamanı barmağımızla bir də ağzımızla müqəddəs ruhla doluruq və alov bizi bürüyərək aşağıya doğru axmağa başlayır. Nəticədə insan özünü yanan bir şam kimi hiss etməyə başlayır. Məhz buna görə də İncildə şam sözü yazılan ayələrdə xristian kilsələri bir də məsihçilər nəzərdə tutulur. Şam məsihçilər deməkdir. Əzizlərim, biz şam kimi yanarkən üzümüz Rəbbin siması kimi nur saçmağa başlayır. Axı biz Allahdan doğulmuşuq. Allah bizi öz bənzərində yaradıb. Həvarilər də İsanı görəndə Onun siması günəşdən də milyon dəfə parlaq olan bir nur tək işıq saçırdı. Bir dəfə imanlı bir qardaş digər bir qardaşı görən zaman Onun simasının da milyardlarla lampanın işığı yanan zaman yaranan nuru görmüşdü. Son dövrlərdə İsa Məsih daha çox müsəlmanlara müxtəlif görüntülərlə görünür. Allah istəyir ki çox insan xilas olsun. Həm də son dövr artıq yavaş-yavaş yaxınlaşmağa başlayır. Müqəddəs kitabda yazılıb ki, İncil bütün dünyada təbliğ olunduqdan sonra dünyanın sonu baş verəcək. Dünyada ən çox çap olunan kitab məhz elə İncildir. İncil dünyada bir çox dillərə tərcümə olunub. Dostlar, yanan çırağın özü də Məsihçilər deməkdir.Məsihçiləri çıraqla da müqayisə etmək olar.Çıraq da yanan zaman başdan yanaraq aşağıya doğru axır. Allah insana müqəddəs ruhu istifadə emək, şərə qarşı döyüşmək üçün verib. Allahın özü bəzən bu şər ruhlara izn verir ki, biz Rəbbin müqəddəs ruhu ilə dolaq və Isa Məsihin adını çəkməklə, daxilimizdəki alov bizi iblisin hücumlarından qorusun. Rəbbin müqəddəs ruhu ilə dolan İnsan çox zaman özünün ocağın içində yandığını hiss edir. Bu hissləri yaşamaq insana çox gözəl bir həzz yaşadır. Doğurdanda Rəbbimiz hər şeyə qadirdi. Onun alovu şəri yandırsa da, bizə həzz yaşadır. Çox zaman insan incildəki ruha toxunan ayələri düşünərkən, Onun daxilində Allahın ruhu alovlanmağa başlayır. Eslində alov da Allahın bənzərindədir. İlcildə tez-tez rast gəlinən “ ev” kəlməsi insan bədəni deməkdir. İnsan bədəni də -Allahın məbədidir. Allah hər şeydir və hər yerdə mövcuddur. Biz Müqəddəs Ruhla dolub, Rəbbin hüzurunda olarkən, dua zamanı əlimizin içində ətirli tüstüyə bənzər bir buxarın göyə ( Allahın hüzuruna) doğru qalxdığını görə bilərik. Bunu bir növ kənd evlərində bacadan qalxan tüstüyə də bənzətmək olar. Biz çox zaman düşünə bilərik ki, Allah saleh insanın duasını niyə qəbul etməsin ki? Düzdür Allah hər şeyi görür və eşidir. Amma saleh insanın duası müqəddəs ruh vastəsilə buxar halında Allahın hüzuruna çatmalıdır. Bu görüntünü hətda imanlı bacı-qardaşlarımızdan görənlər belə olub. Allah gözlə görünməyən bir ruhdur. Rəbb elektrik cərəyanını da öz ruhunun bənzərində yaradıb. İsa Məsih də gözə görünməyən Allahın surətidir. Necə ki, biz elektrik cərəyanını görmürük, amma lampadakı yanan nuru isə görürük. Eziz Bacı və Qardaşlarım qoy Rəbbimiz İsa Məsih hər birinizə yar olsun! Amin

4

Isa Məsih yer üzünə Allahın surətində gəlmişdi. Allahdan doğulan hər bir insanın nuru da fərqli olur. Kimdəsə alovun nuru daha çox, kimdəsə az ola bilər. Ümumiyyətlə, insanda ruhun gücü Onun Allahla olan ünsiyyətindən, salehliyindən asılıdır. Bir çox xristian pastorları var ki, Onlar Allahın onlara verdiyi ruhun gücü sayəsində dua edərək, minlərlə insanlara şəfa verir, cinə tutulmuş insanları şər ruhlardan azad edirlər. Təbii ki, bu güc Onlarda saatlarla (gun erzinde 8-9 saat) Allahla vaxt keçirməsi, dua etmələri nəticəsində yaranır. Bu dua, ünsiyyət də davamlı olmalıdır dostlar. İsa Məsih demişdi ki, xilas olmuş insanlar cənnətdə yanar alov tək mələklərə bənzəyəcək. Vəhy kitabına nəzər salmış olsaq orda da mələklərin günəş tək parlaq olub, qismən Allaha bənzər bir görünüşdə olmasına rast gələrik. İnsan ruhda böyüyüb, qüvvətləndikdən sonra, şər ruhlar cəsarət edib, Ona yaxınlaşa bilmir. Çünki bu an O zirehləri geyinmiş olur. Nəticədə Rəbbin ruhu insan bədənində zireh kimi (qoruyucu) olur. Bunu keçmişə nəzər salsaq bir çox tarixi filmlərdə (Babək Dədə Qorqud və s) döyüşçülərin döyüş zamanı düşməndən qorunması üçün tex 15 kilo ağırlığında geyinmiş olduqları zirehlərə də bənzətmək olar. Biz də dua edərkən, müqəddəs ruhla dolarkən, iblisə, şər ruhlara qarşı mubarizədə geyinmiş olduğumuz bu zirehlər bizi iblisin şər oxlarından, dünyavi fikirlərdən, insanı günaha sürükləyən düşüncələrdən qorumuş olur. Həmin vaxt biz alova bənzəyən bu zirehləri geyindikdə, iblisin oxları Allahın alovunda yanır və bizdən yan keçmiş olur. İnsan ümumiyyətlə geyinmiş olduğu bu zirehdə ( ruhani geyimdə) özünü çox gözəl hiss edir. Əvvələrdə qeyd etdiyim kimi, fiziki müharibə ruhani aləmin müharibəsinə bənzər yaradılıb. Müqəddəs yazılarda Allahın səsinin gur axan suların səsi kimi şırıltılı, ildırımın səsi kimi güclü, çoxlu insan kütləsinin ( izdihamın )səsinə bənzəməsi qeyd olunur. Biz dua edərkən daxilimizdəki müqəddəs ruhun səsi də Allahın səsinə bənzəyir. Çünki daxilimizdə olan Müqəddəs ruh elə Allahın özüdür. Biz ən çox uca səslə dua edərkən, bu özünü aydın şəkildə biruzə vermiş olur. Ucadan dua etmək çox vacibdir. Bir çox məsihçilərsə bunu anlamır. Ruhda qüvvətləndikdə, bədənimizə geyinmiş olduğumuz, bizi şər ruhlardan qoruyan zirehlər nə qədər ağır olsada da bizə xüsusi bir həzz verir. İnsan uca səslə dua etməyə başlayanda artıq şər ruhlar ondan uzaqlaşmağa başlayır. Çünki murdar ruhlar Rəbbin hüzurunda dayana bilmir. Tanrımız əvvəli-axırı bilinməyən, sonsuz bir qüvvə sahibidir. Əziz Dostlar, Sizə danışdıqlarımın hamısı, Allahdan doğulma realdır. Sizlərdən hər biriniz Allahdan doğula bilərsiz. Bu doğulma insanın ruhani süd, bal, şərab içməsi deməkdir. İsa Məsih Allahın surətidir. Allah hər yerdə mövcuddur. Allah görünən surətdə cənnətdə göyün 3-cü qatındadır. Bir çox peyğəmbərlər də Allahı isti bir alov kimi, parlayan nur kimi görüblər. Cənnətdə olan bir çox insanlar Allahın bu əsrarəngiz sevgisini hiss etdiyi anda geri qayıtmaq istemeyib. Bizim də haqqinda danışdığımız müqəddəs ruh cənnətdən, əvvəli-sonu olmayan ruhun qaynağı olan İsa Məsihdən gəlir. Biz məhz dua edərkən Allaha, göyün 3-cü qatına yaxınlaşmış oluruq. Dostlar hər birinizin xilas olmasını istəyirəm. Allahdan doğulmayan insanın cənnətə getməsi mümkün deyil. İnsan Allaha-İsa Məsihə yaxınlaşdığı, Onun inanılmaz sevgisini hiss etdiyi anda ağladığı, kövrəldiyi məqamlar da olur. Bəzən bu hisslər sevinclə də, gülüşlə də əvəzlənir. Bir sozlə məsihçi Allahdan doğulduqdan sonra Rəbbin ruhunu dünyavi şərab kimi deyil, ruhani cənnət şərabı kimi içməyə başlayır. Sizcə dostlar bu dünyada bizlərə nəsə bir şey Allahdan çox sevinc hissləri yaşada bilərmi? İnsanı xoşbəxt edə bilərmi? İnsana sülh verə bilərmi? Müqəddəs ruhla dolan insanın qəlbi sülhlə dolu olur. O təhqir olunsa da hətda söyülsə belə insanları bağıslayır. Kəlamda yazıldığı kimi bağışlayın ki, Rəbb də Sizi bağışlasın. Ümumiyyətlə söyüş, təhqir bütün bu kimi şeylər şər ruhların yandırıcı oxlarıdır. Bu oxlar öncə güllə kimi insanı mühasirəyə alır, sonra onun qəlbini nişan alıb, atır. Amma insan iblisin hücumu zamanı ruhani zirehləri geyinirsə, atılan oxların Ona heç bir təsiri olmur. Yer üzündə yaşayan hər bir məsihçiyə qarşı şər ruhlar tərəfindən cəbhə açılır. Məsihçi olmayan (Allahdan doğulmayan) bütün qeyri insanlar şərin əsarəti altındadır. Allah da istəyir ki, bütün insanlar bu əsarətdən agah olub, azad olsunlar. Sizlərə onları görmək mümkün olmasa da, mən özüm şəxsən ruhda olarkən iblisin taktikasını, strategiyasını, pisliklərini görmüşəm. Bu da həyatımda mənə ruhun gücünün artması sayəsində başa gəlib ki, Allah açıq-aşkar şəkildə iblisin bütün pisliklərini mənə açıb göstərib. Dua həmçinin ruhani mübarizədir. Belə ki, İnsan ruhlara qarşı döyüşərkən daha çox öyrənir. Məhz o ruhları gördükdən, eşitdikdən sonra mən anladım ki, həyatima onlar vastəsilə nə qədər lənət, pisliklər daxil olub. Bu ruhlar məni hətda anlamadığım günahlara belə sürükləyib. Əvvəllər həvəslə izlədiyim, azarkeşi olduğum futbolun da şərdən olduğunu bilmirdim. Futbolu saatlarla izləmək mənə xüsusi bir zövq verirdi. Ruhun gücü artdıqdan sonra Rəbb məni bu istəkdən azad etdi. Futbol, ümumiyyətlə bir sıra idman növlərinin hamısı şərdəndi. Dostlar inın ki, Azərbaycanda xristianlığı təbliğ edən, Allahdan doğulan, hətda ruhani səviyyəcə məndən yüksəkdə olan bir çox məsihçilər də (hər bir məsihçidə ruhun səviyyəsi müxtəlifdi) mənim dediklərimi təsdiqləmiş olar. Əgər siz İncili oxuyub, orda yazılanlara İsa Məsihə iman edib, zərrəcə də olsa Rəbbin sevgisini hiss etsəniz, bütün şübhələri dağıtmış olarsız. İncil kitabı həqiqətən də bir möcüzədir. Biz Yəhyanın müjdəsini oxuyanda Allahın sevginin alovlandığını hiss etmiş oluruq. Şər ruhların təsiri altında olduğum bəzi vaxtlarda özümü çox pis hiss edirdim. Allahın sevgisini hiss etdiyim anda isə dərhal bu sıxıntıdan, kədərdən azad olurdum. Bir çox dinlər var ki, insan Onların müqəddəs yaydıqları kitablarını oxuduqda, daxilində heç bir şey hiss etmir. Amma incili oxuduqda isə insan həqiqətən də Allahın sevgisini hiss etmiş olur. Bu kitabın 42 dəfə yazılmasına baxmayaraq, orda yazılan ayələrdəki bütün sözlər Allahdan gəlir. Biz kəlamı yəni Allahın sözünü oxuduqda, Allaha xoş gəlir eziz dostlar. İncili oxuyanda Allahın sevgisi alovlanır. İnsan özünü elektrik cərəyanına bənzər alovun içində hiss etmiş olur. İnanılmaz bir həzz yaşayır. Xəsdələnən insan isə həmin andaca sağalır. Digər dinlərdə isə bu belə deyil. İnsan Allahın ruhundan doğulduqdan sonra gərək günaha yol verməsin çünki, etdiyi günah Allahın ruhunun alovunu söndürə bilər. Şər ruhlar da daim can atır ki, insanları günah sövq edib, onlarda bu alovu söndürsün. Dua edərkən əlinizdən çıxan buxar allahın hüzuruna çatmalıdır, göyün 3-cü qatına. Amma elə məsihçilər də vardır ki, Onların əllərindən çıxan buxar heç otağının tavanından belə yuxarı qalxmır. Çünki O günah edir, şərə yer vermiş olur. Nəticədə şər ruhlar Allaha gedən yolları, ruhani kanalları bağlayır. Dua edərkən əlinin içindən çıxan buxur da Allahın hüzuruna qalxmır. Bir çox məsihçi bacı və qardaşlara Rəbb bunu görüntü kimi göstərib. Şər ruhlar göyün 2-ci qatında yerləşir. Allahın hüzuruna qalxmış olan bu buxur adi məsihçilərdə ağ ətirli tüstü kimi, ruhu güclü olan insanlarda isə bu elektrik cərəyanına bənzər formada olur. İblis adətən şər ruhları göndərir ki, məsihçilərdə olan ruhun alovunu söndürsün və onlar günah etsinlər. Amma ruhun alovu güclü olan bir çox məsihçilərin duası şər ruhların qurmuş olduğu səddi yarıb kecir. Misalçün zina etməklə günah edən insanın ruhun gücünün 1 ilə yığdığı qüvvəni (gun erzində 3-4 saat dua edirse) şər ruhlar 15 dəqiqənin içərisində söndürə bilər. Amma günah etməsək onların bu ruhu söndürməyə ixtiyarı yoxdur. Ona görə iblisin səddini dağıtmaq üçün dua edərkən sakit, pıçıltılı səslə yox, ucadan, alovlu səslə etmək lazımdır. Məhz bu səbəbdən bir çox məsihçilərin duaları qəbul olunmur. Mən özüm də əvvəllər ruhda zəif olduğum üçün dualarım qəbul olunmurdu. Şükür Rəbbə ki,mənim ruhani gözlərimi açdı və mən saatlarla dua etməyə, Rəblə vaxt keçirməyə başladım. Nəticədə Rəbb tezliklə dualarıma cavab verməyə başladı. Allah həmçinin yuxular vastəsilə də ruhani aləmdə gedən döyüşləri mənə göstərirdi. Dostlar Allah istəyir ki, dinindən, irqindən asılı olmayaraq bütün insanlar xilas olsun. Və Onların ürəyi bütünlüklə 100%liklə Rəbbə məxsus olsun. Bəzi insanlar var ki Onlar həm ibadət edir, həm də dünyada onları maraqlandıran işlərlə məşğul olurlar. Bu heç də Allah üçün qanedici bir nəticə deyil. Rəbb hətda 99% bele deyil, 100% insan ürəyinin ona məxsus olmasını istəyir. Qəlbində 1% də olsa dünyavilik hissləri yaşayan insanı Allah öz işləri üçün istifadə etməyəcək. İncildə Yehya deyirdi : Dünyanı və dünyada olanları sevməyin. Dünyanı və dünyadakıları sevənin qəlbində Allah sevgisi yoxdur. Dünyavilikdən uzaqlaşıb, Allaha bağlanmaq üçünsə insan daha çox dua etməli, oruc tutmalıdır. Məhz belə olduğu təqdirdə insan Allaha bağlanmış olur.

5
Sizdən xahiş edirəm incili oxuyun, iman edin əmin olun ki Allahdan doğulub bağışlanacaqsiz,Allahin övladı olacaqsız, Onun sevgisini hiss edəcəksiniz. Bunlarin hamısı həqiqətdir . Tanrinin səsini eşidəcəksiniz. Gunah qarşısında olanda Allah sizə xəbərdarlıq edəcək ki, siz onu  etmiyəsiz. Əziz dostlar İsa Məsih sizin günahlariniz uğrunda olüb. Ona iman etmədən hec kim xilas ola bilməz. Bir cox peyğəmbərlər onu gələcəyini əvvəlcədən deyib. Müqəddəs Bibliya kitabi 66 kitabdan ibarətdir və Allahın Müqəddəs Ruhu vasitəsilə 40 peyqember terəfinden yazilib. Gündə  minlərlə insan dünyasını dəyişir və çoxusu cəhənnəmə düşür. Cəhənnəm yerin altindadir,yerin bağrinda İsa Məsih carmixa cəkiləndə yazilib yerin bağrinda sozu. İsa Məsih bir çox insanları ruhda ora aparıbdir onlar bir çox yaxinlarini cəhənnəmdə gorübdülər. İnsanlar bəzən deyirlər beş günlük dünyadı ama cənnət və cəhənnəm həqiqətən də var və xilasi olmuyan insanlar cəhənnəmə düşür. Şər ruhları bəzi insanlarda görəndə bəziləri deyir səndə psixi pozğunluq var ama onlar başa düşmür ki mən hiss edirəm onlari. İnsani bəzən halsız edir. Mən onlarin təsiri altında cox olmuşam .Bəzən dua etmək olmur üstün gəlirlər. Şər ruhlar ve şeytan həqiqətən də var onları dəfələrlə görmüşəm. Bəzən qız görkəmində görünüb zina etdirmək istəyir adama, bəzən pis söyüşlər söyür adamı yaxalamaq istəyir. Bir insan bədənə toxunanda onu necə hiss etmək olursa onuda o cür hiss edirəm. Həqiqətəndə var onlar ruhdur, gözə görünmür ama bəzən görünə bilir. Əjdaha görkəmində, anakonda görkəmində, çaqqal, canavar, it görkəmində,yırtıcı heyvanlar, həşəratlar görkəmində. Var gucuyle çalışırlarki insanları cəhənnəmə aparsınlar. Hər il 60 milyon insan cəhənnəmə gedir .Buna görə də kəlamı oxuyun Allahin sevgisiylə dolun xilasinizi alin. Allahın Ruhunu sevgisini hiss edəndə şupə etməyin  İlahi hissdir bu .Hər bir insan Allahın Müqəddəs  Ruhunu sevgisini hiss etməlidir. Müqəddəs Ruh tərk etsə o insan yaşaya bilməz. Amerikada yaşayan Ketrin adli Məsihçi qadinı ruhən İsa Məsih cəhənnəmə aparmışdı.O deyir orda min dərəcədə istilik var .Ordaki uğultunu adam eşidəndə dəətə gəlir. Hər yer qaranlıqdı və alov yanir. Şər ruhlar ilanlar,həşəratlar insanlara əzab verir. Bir cox insanlar xaça çarmıxa söyülər ama fikirləşmirlər ki cəhənnəmdə elələrin çarmıxa çəkilər. Bu dünyada hansı günahı edirsə onu əvəzi alinir orda. Bu cür səhadətçiliklər coxdur onlar istəyir heç kim cəhənnəmə düşməsin hami xilas olsun. Allah kəlamında deyir  bədəni oldürəndən qorxmayın ama ruhu oldürəndən qoxun. İnsan üç hissədən ibarətdir -bədən,can, ruh. Bədən öləndə qəbirdə dəfn olunub çürüyüb gedir. Ruh Allahin yanina uçur. Müqəddəs kəlam  Vaiz kitabında yazirki heyvanların ruhu yerin altina enir ama insanlarin ruhu goylere uçur. Ruhlar alemi var,orada saxlayır .Xilasini almayan insan cəhənnəmə gedir.
u dünyada xilas almış insan ruhen cennete gedir. Məsihcilər İsanın bədənidir. Kimisi baş,kimisi göz,kimisi əl,ayaq,ürək, dil qulaq . Allah istədiyi kimi hər bir insanı istifadə edir . Cəhənnəm də insan görkəmindədi,orda olan insanlar  belə şəhadətçilik edir. Yerin mərkəzinə yaxındi. İnsanlar ora  agizdan enirlər. Ona görə Müqəddəs Kitabda yazilib bir neçə hissədə ki ölülər diyari ağzını açır. Orda olanlar deyir ki şər ruhlar var gucuylə çalışır insanların cəhənnəmə düşməyinə. Orda olan işgəncə heç bir yerdə yoxdur. Hətda Qarabağda qadınlara ,usaqlara edilən zülüm və işgəncələr cəhənnəm əzabinin yaninda heçnədir. Mən istəmirəm ki siz ora düşəsiz bu çox dəətlidir. Bir daha xais edirem Müqəddəs incili oxuyun inanin. Sonsuza qədər cəhənnəm əzabı var. Allah heç kəsin ora düşməyini istəmir. Hamının xilas olmasını istəyir. Allah o qədər boyuk sevgiyə  məxsusdurki hec bir insanin sevgisi Onun sevgisinə çatmaz. Ne ata ana nə qardaş baci segisi Tanrinin səni sevdiyi qədər ola bilməz. Onun sevgisinin əvvəli və axiri yoxdur. Boyuk ilahi sevgidir. Sənin hər zaman sağlam və xoşbəxt olmaqini istəyir. Allahın Müqəddəs Ruhundan doğulmaq lazimdir belə insan Allahın yanina düşür. Müqəddəs Ruhdan dogulmayan insanlar Allaha qarşı hörmətsizlik edir. Onun əmirlərin icra etmir elə insanlar cəhənnəmdə dəətli işgəncələrə məruz qalir. Söyuş söyənlərin ağzı cirilir zina edənlərin gözləri deşilir həşəratlar ordan girir gözunu yeyir. Ürəyində zina edənlərin ürəkləri nizə ilə deşilir .cinsiyət orqanları kəsilir. O qədər dəətli şeylər var ki Allah onlarin yazilmaqini istəmir .Allah insani öz surətində yardim haminin xilas olmasını istəyir. Cəhənnəmi insanlar üçün yaratmayib  ora şeytan və cinləri ucun pis ruhlar üçun yaradib. Olara cəza yeri ayirib. Onunda vaxti var qiyamət günü çatanda olari ora atacaq. Bir cox pis ruhlar televiziya vasitəsilə kecir, bəzi müğənnilərin icində şər ruhlar var olardan zövq alanda insanlarin içinə girir. Bir cox futbolçular məhşur olmaq uçun iblislə raziliqa gəlib. Məsəlçin futbolçu Pele qəbirsanliqda şeytanla əhd kəsib məhşur olmaqdan otru .
Məsəlçin futbolçu Pele qəbirsanliqda şeytanla əhd kəsib məhşur olmaqdan otru .Bir çox məşhurlar bu əhdi kəsib. Onlarin bədənlərində iblisə aid döymələr var. Şər ruhlara aid döymələr ilan əjdaha hörümçək iblisə aid olduqlarını bildirilər. Rembodu, Şvasneqirdi mən bu məhşurları çox sevirəm onlar üçün dua edirəm xilas olsunlar. Onlarda bədənlərində iblisə aid döymələr gəzdirir. Siz əgər onlara aid kinoya baxirsizsa deməli həmin cinlərə icazə verirsiz sizin içinizə daxil olmaqa. Həmin murdar ruhdan qurtulmaq asant deyil. Bir Məsihci qardaşa Alla deyibki, o adamki Məsihə məxsusdu ama daxilində Müqəddəs Ruh yoxdu iblis onu oyuncaq kimi istifadə edəcək. Siqaret cəkənlərində daxilində iblis ruhları var. Dunya şərin əsarəti altindadir. İncildə yazılanların hamisi gercəkdi əziz dostlar .Dünyəvi kinolardi, dünyəvi musiqilərdi hamisi iblisdəndi. Hətda  dünyəvi kitab oxuyanda o ruhlar adama kecir. Keçmis şeytan xidmətçisi olan bir nəfər deyibki biz bir çox kitablardan ilham alirdiq. Qurtulmaq üçün Məsihə gəlmək lazimdi iman etmək lazımdır. Xilasi almaq lazimdir. Dünyəvi sevinc hislər iblisdəndir. İnsanlarin geyimləri açıq saçıq bunlar hamısı şərdəndir. Futbol iblisdəndir iblis istəyir insanlarin başıni bununla qatişdirsin cəhənnəmə aparsin. Allaha ibadət etməsin Allahi axtarmasin.  Ama Allah istəyirki insanlar ona yaxin olsun ibadət etsin. Ən qati cinayətkarlar,uşaq oğrulari cəhənnəmin ürəyində saxlanilir, ən böyuk işgəncələr orda olur . Orda olanlar dəət içində olur. Təsəvvür edin ki insan yanir amma olmür. Kömür kimi yanir ama olmür. Milyardlarla insan ordadi . Ama qiyamət günü insanlar təzədən mühakimə olunub odlu gölə atılacaq. Bu artıq sondur ordan çixiş yolu yoxdur. Bir çox tanınmış insanlar ora düşüb. Azerbaycandan olan Huseyin Dərya ora düşüb dünyəvi mahnilarina görə, onun kef ele mahnisi nə qeder gənci yoldan çıxardıb insanlari azdirib buna görə ona əzab verilir orda. 99 faiz muqenilərdə belədi Allah gözəl səs verib ama onu dünyəvi mahnılara istifadə edirlər. Səsi Tanrini ucaltmaq ucun ONA ilahiler oxumaq üçun istifadə etməliyik. Kinolarin çoxuda dunyəvidi .İnsana ses Tanrini ucaltmaq ucun verilib. Aktyorluq Tanriya aid filimdə çəkilib Tanrinin təbliğ etmək üçün verilib. Tanri insani özu üçun yaradib. İnsan Allahla zaman keçirtməlidir ONA dua etməlidir tərif deməlidir. ... İsa Məsihi realda görən Xosrov adli İranli keçmiş müsəlman xristianliqi qəbul edib ,indi o Amerikada kilsə pastorudur. O deyir : Bir gun işdən evə qayıdanda məni bir hirs bir umudsuzlik bir məyusluq bürümüşdü. Elə hiss edirdimki hec kim ve heç nə mənə kömək edə bilməyəcək. Bu tənhalıq tamamilə məni ruhdan salmışdı. O Tanriya dua edib dedi. Əgər sən həqiqətən varsansa gəl mənimlə söhbət et. Əgər yoxsansa onda çıx get həyatımdan. Qoy Xosrov, Xosrov olsun . Bu an İsa ona göründü  Əlini mənə ver sənin həyatın dəyişiləcək. Mən bilmirdim O kimdir. Maraqlıdır ki mən Onun səsini öz otağımda eşidəndə başqa səslərdə qulağıma gəlirdi. Məsələn anamin somavarinin qaynamasinin səsi. Bu adam sanki mənə yad deyil, sanki usağliqimdan bəri mənimlə olub. Bütün dərdlərimdə həmişə mənimlə olub. Onun səsi mənə taniş gəlirdi. Ona görə də mən Onu yad adam kimi hiss etmədim. O əlini mənə ver deyəndən sonra heç qorxmadan əlimi ONA verdim. Və O əlimi tutdu. Qəribə bir hiss keçirtdim, elə bil elektrik enerjisi barmaqlarımdan keçib butun bədənimə yayildi ozumu çox yaxşı hiss edirdim. Bədənim bütöv tər tökmüşdü.  Köhnə təbiətim dağidilmişdi və mən yeni insan oldum.
6

Şəhadət edirəmki İsa Məsihə iman olmadan  xilas olmaq mumkun deyil .Ona iman etmək çox vacibdir. Düzdür Onu Allahin oğlu Allah kimi qəbul etmək çətindir ama zamanla dərk edəcəksiz. Ruhani mənada Allahin oğludu. İslamda bunu səf anlayırlar ,küfr sayillar. Yahudilikdə bu küfr sayilmir. Bir çox peyğəmbərlər də Allahın oğlu adlanib . Yaqub, Davud , Musa Allahin oğlu adlanib. Hətda Zəburda peyğəmbərlər allahlar adlanib. Rebb Musa peyqembere deyib :Səni  Allah kimi Misirə qoyuram. Burda küfr edən heçnə yoxdu. Çunki Allah insanlari öz surətində yardib. Bəzi yəhudi hədislərinə görə Adəm Həvva alov nur içində olub. Xilasin yolu belədi əziz dostlar. Allahin Müqəddəs Ruhu həqiqətən möcüzədir. Onunla dolanda Ruhu hiss etmək olur . Su kimi, süd kimi, yağ kimi, bal kimi , elektrik enerjisi kimi, şərab kimi. Neceki su bir necə hallarda olur məsələ : buz, su,buxar eləcədə bunlar Müqəddəs Ruhun toxunuşudur. Bəzən xirda yağis kimi insanin üzünə ələnir. Yağışda Allahın Ruhunun bənzəridi. Bəzən qar formasında. 90 faiz xristian olkələrinə qar yaqir ama esil müsəlman ölkələrində çoxusunda yaqmir. Məsələn Ərəbistanda. Qarda Müqəddəs Ruhun bənzəmələrindən biridi. Hətda şam ağacları. Qarda Müqəddəs Ruhun bənzəmələrindən biridi. Hətda şam ağacları adətən xristian ölkələrində olur. Müqəddəs kitabda imanlilar şam ağaclarının bənzərindədir. Ona görədə qeyri xristian ölkələrində şam ağacları demek olar  çox azdır. İspaniyadan tutmuş butun Vladivostoka kimi butun Avrasiyanın şimali hissəsi xristian ölkələri şam ağaclarıdi. Şam ağacları nadir ağacdırki budaqları yuxarı qalxı və dua edən əllərə bənzəyir sanki Allaha həmd edir. Un və şəkər tozu Müqəddəs Ruhun bənzərindən biridir. Elektrik cərəyanı kimi olanda səkər dadı verir ama su və süd kimi olanda un kimi olur . Müqəddəs Ruh olmadan saatlarla dua etmək mümkün deyil. Yel,qasırğa,tufan da Müqəddəs Ruhun bənzərindədir . Müqəddəs Ruh möcüzədir. Müqəddəs kitabın bənzərinə görə dənizlər bütpərəst xalqların bənzərindədir ama bulud isə Allahın Ruhunun bənzərindədir. Köhnə əhdə Allah bulud görkəmində İsrail övladlarına yol göstərirdi. Fikir verin buludlardan yağış yağır dənizlərə damcı formasında daha sonra buxarlanib buluda qalxır buda dirilmənin bənzəridir. Allahin Ruhu həyat verir insana. İnsan ruhən dirilir sonra O Ruh vasitəsiylə Allahla qovuşacaq. Allahdan doğulmaq lazimdir. İncili oxumaq lazımdır. Tanriya ibadət etmək lazımdır. Qiyamət günü bunlara görə mükafat alacaqsınız. Allah bir çox  insana cənnəti göstərib. Ora bu dünya ilə müqayisə olunmaz dərəcədədir. Qizildan çaylar axir. Qizildan yollar evlər var. Hər gül Allaha həmd edir. Orda hər şey canli və əbədidir. Ora gedə bilmək üçün İsa Məsihə iman etmək Allahdan doğulmaq lazımdır. Ruhən ölü insan Allahın yanina gedə bilməz. Oradakı mukafat insanın bu dünyada olan ruhani xidmətindən aslidir. Kim daha çox iman edecek, oruc tutacaq, yaxsi əməl edeceksə mukafati da o qədər böyük olacaq. Orda insanın mükafatı fərqlidir. Elə insan var evi daha böyuk, eləsi var daha kiçik olacaq. Daş qaşları fərqli olacaq. Azərbaycanli məsihçi bir qadina Allah göstəribki orda bir qadinin evinin başı buludlara çatır .Bu qadinin Allaha gətirdiyi insanların sayi hesabı yox idi. İnsanlara təbliğ edib imana gətirib,bir çox insan bu qadın vasitəsilə imana gəlib. Buna görə də insanlari imana gətirmək lazimdir.